Türkiyə hökuməti Zəngəzur dəhlizinin bütün hissələrinin beş il ərzində başa çatdırılacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.
Nazirin sözlərinə görə, dəhlizin əsas komponentlərindən olan Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xətti üzrə işlər plan üzrə davam edir:
“224 kilometrlik xətt sərhədlərimiz daxilindədir. Naxçıvan istiqamətində 170 kilometrlik xətt var. Bunun 150 kilometri hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə yeni salınacaq. Bu hissəni Azərbaycan inşa edəcək. Bizim tərəf də eyni vaxtda tamamlanacaq”.
Uraloğlunun sözlərinə görə, Qarsdan qatara minən sərnişin fasiləsiz şəkildə Bakıya qədər səyahət edə biləcək. Nazir əlavə edib ki, Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsi ən gec başlanacaq, amma ümumi layihə beş ildən sonra tam reallaşacaq.
Tahir Turan
Globalinfo.az