abs

ABŞ artıq Ukraynaya maliyyə yardımı ayırmır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi müharibəyə yanaşmada dəyişiklik olduğunu qeyd edərək, tədarüklərin artıq Avropa ölkələri tərəfindən maliyyələşdirildiyini vurğulayıb.

“Biz artıq Ukraynanı silahla təmin etmirik. İndi onlara silah satırıq, Avropa ölkələri isə NATO vasitəsilə pulunu ödəyir. Onlar silah almaq və Ukraynaya keçirmək üçün NATO-dan istifadə edirlər”, – Rubio deyib.

O əlavə edib ki, bu, Bayden administrasiyası dövründən fərqli olaraq, müharibəyə yanaşmada daha əhəmiyyətli dəyişiklikdir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: