dtqcKt5Q05so8oDVWpRs3phvQBIhKQ8NF3i65sZP 1200

“Sakinlər zədəli binalara daxil olmamalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Türkiyənin Dokuz Eylül Universitetinin Ümumi Geologiya fakültəsinin professoru Hasan Sözbilir Balıkesirdə baş verən zəlzələni şərh edərkən deyib.

O bildirib ki, bundan sonra yeraltı təkanların olması istisna deyil: “Sındırqıda indiyədək 10 binanın çökdüyü, bəzi vətəndaşlarımızın dağıntılar altında qaldığı barədə xəbərlər var.

Rayon və kəndlərdəki digər tikililərə də müxtəlif dərəcələrdə ziyan dəyib. Əsas təkanlardan sonra 5 bal gücündə zəlzələlərin baş verməsi istisna deyil. Odur ki, vətəndaşlarımız zədəli binalara daxil olmamalıdırlar”, – deyə alim xəbərdarlıq edib.

Paylaş: