peskov

ABŞ və onun NATO, o cümlədən Avropa İttifaqındakı (Aİ) müttəfiqlərinin Ukraynaya silah vermək qərarı hərbi əməliyyatların davam etdirilməsi üçün siqnal kimi qəbul edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik bir şeyi dəqiq demək olar – bu addımlar Ukrayna tərəfindən sülh üçün deyil, müharibənin davam etdirilməsi kimi qəbul edilir”, – o bildirib.

Qeyd edək ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukrayna nizamlanması ilə bağlı əvvəlcədən elan edilmiş bəyanatla çıxış edib.

NATO-nun Baş katibi Mark Ruttenin iştirakı ilə o, Rusiya və şəxsən Prezident Vladimir Putinə görə məyus olduğunu bildirib. Tramp, həmçinin NATO-nun koordinasiyası ilə Kiyevə silah və hərbi texnikanın ötürülməsini davam etdirmək qərarını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: