putin

Rusiya Prezidenti Vladimir Putin bir gün əvvəl telefon danışığında amerikalı həmkarı Donald Trampı şəxsən təbrik edib.

Globalinfo.az xəbər verir ki, onun Ağ Ev rəhbərini ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik etməsi son beş ildə ilkdir.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, sonuncu dəfə Vladimir Putin ABŞ prezidentini milli bayram münasibətilə 2020-ci ilin iyulunda təbrik edib:

“O zaman da Ağ Evə Donald Tramp rəhbərlik edirdi. Əvvəlki illərdə Rusiya liderinin təbrikləri ənənəvi olaraq Vaşinqtona göndərilirdi – onları prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama qəbul edirdi. ABŞ-ın əvvəlki prezidenti Co Bayden isə Moskvadan açıq şəkildə bir təbrik mesajı almamışdı”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: