Paşinyanın “çevriliş cəhdi” oyunu – Ermənistanda nə baş verir?

Paşinyanın "çevriliş cəhdi" oyunu – Ermənistanda nə baş verir?

Ermənistan Baş naziri Nikol Paşinyan çevriliş cəhdi ilə bağlı məlumatları yeni kəşf etməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, planın qarşısını almaq üçün əməliyyatın müddəti təsadüfi seçilməyib.

“Əslində hüquq-mühafizə orqanlarının əməkdaşları Paşinyanın göstərişi ilə arxiyepiskop Baqrat Qalstanyanı uzun müddət izləyib. Bir il ərzində əməliyyat məlumatları toplanıb. Yəni çevriliş planı olsa da, bu, indiki dövrə deyil, ötən ilə aiddir.

Tanınmış iş adamı Samvel Karapetyan həbs ediləndən sonra Nikol Paşinyan bu əməliyyatla bağlı hərəkətə keçib. Deyilənə görə, o, saxta çevriliş əməliyyatları ilə Karapetyan mövzusunu arxa plana atmağa, bütün mümkün ssenarilərin qarşısını almağa çalışır”, – deyə nəşr yazıb.

Əliyar Xəlil
Globalinfo.az