ABŞ İranın nüvə obyektlərinə zərbələrini “birdəfəlik akt” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) yazıb.
Bildirilib ki, bu, İran rejiminin dəyişdirilməsinə yönəlmiş müharibənin başlanğıcı deyil.
Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi obyektlərini tamamilə məhv edildiyini açıqlayıb.
“Bu zərbələr möhtəşəm hərbi uğur olub. ABŞ hərbçiləri İran rejiminin üç əsas nüvə obyektinə – Fordo, Natanz və Esfahana böyük dəqiqliklə zərbələr endirib”, – o qeyd edib.
Digər tərəfdən, İran nüvə obyektlərinə zərbələr endirildiyini rəsmən təsdiqləyib.
“Fordo, Natanz və İsfahandakı nüvə obyektləri bu gün səhər, iyunun 22-də ABŞ tərəfindən hücuma məruz qalıb. Bu, beynəlxalq hüququ, xüsusən də Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozur”, – İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Günay Rəsulqızı
Globalinfo.az