litva3

“Rusiya Ukraynaya hücum etməklə məhdudlaşmayacaq. Moskva hamımız üçün təhlükə vəd edir və buna hazır olmalıyıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda deyib.

O bildirib ki, Rusiyaya qarşı sanksiyalar istənilən effekti verməyib:

“Çünki Qərb qətiyyətli deyil. Təəssüf ki, Rusiya iqtisadiyyatı indiki şəraitdə hələ də yaxşı vəziyyətdədir”.

Qeyd edək ki bundan əvvəl Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer NATO-nu yaxın 4 il ərzində Rusiya ilə silahlı toqquşmaya hazırlaşmağa çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: