Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya telefon zəngi edərək Ukrayna ilə əsir mübadiləsinin təşkili məsələsində göstərdiyi yardıma görə ona təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilir ki, Putin Lukaşenkoya 23–25 may tarixlərində Qomel vilayətində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutan əsir mübadiləsinin uğurla gerçəkləşdirilməsinə verdiyi töhfəyə görə xüsusi minnətdarlığını bildirib.
Qeyd olunur ki, mübadilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda apardığı danışıqlarda əldə olunan razılaşma əsasında baş tutub. Mübadilə “1000-ə 1000” formatında aparılıb və bu proses 3 mərhələdə həyata keçirilib.
Əsirlikdən azad edilən rusiyalılar əvvəlcə neytral ölkə olan Belarusa aparılıb, burada onlara tibbi və psixoloji yardım göstərilib.
*** 23:40
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Зrezidentinin mətbuat xidmətinə yaxın “Pervıy Pul” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli gündəlikdəki aktual məsələləri və beynəlxalq vəziyyəti müzakirə ediblər.
Aysel Əliyeva
Globalinfo.az