3d view sun space 3 scaled
Günəşdə demək olar ki, ən yüksək səviyyəyə – X sinfinə yaxın olan güclü bir partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Mayın 25-də Moskva vaxtı ilə saat 19:30-da (S14E73 koordinatlarında) Günəş ləkələri qrupunda rentgen diapazonunda M9.0 sinifli partlayış qeydə alınıb. Partlayış 28 dəqiqə davam edib”, – deyə institutun açıqlamasında bildirilir.

Bundan əlavə, həmin gün Günəşdə daha iki M sinifli və bir X sinifli partlayış da baş verib.

Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə əsasən A, B, C, M və X olmaqla beş sinfə bölünür. Ən zəif A0.0 sinfi Yer orbitində kvadrat metrə düşən 10 nanovat gücündə şüalanmaya uyğundur. Hər növbəti sinfə keçdikdə güc 10 dəfə artır.

Bu cür partlayışlar adətən Günəş plazmasının atılması ilə müşayiət olunur. Plazma buludları Yerə çatdıqda isə maqnit qasırğalarına səbəb ola bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: