lavrov teyyare

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvana gedib.

Globalinfo.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, Arman Babacanyanın rəhbərlik etdiyi “Respublika adına” partiyası Lavrovu hava limanına gedən yolda “Putin qatildir” yazılmış pankartla qarşılayıb.

Bildirilib ki, ərazidə polis maşınları olsa da, patrul əməkdaşları aksiyaya mane olmurlar və “Putin qatildir” pankartını almağa da cəhd etmirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib.

Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib.

“İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir.

Paylaş: