“Rusiya Prezidenti Vladimir Putinin Kursk vilayəti ilə bağlı çağırışı gözlənilməz oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Kursk əməliyyatında iştirak edən briqada komandiri deyib.
O, Putinlə söhbətinin detallarını açıqlayıb:
“Ali Baş Komandan bizi içəri çağırdı və briqadaya görülən işlərə, tapşırıqların uğurla yerinə yetirilməsinə, Kursk əməliyyatının başa çatmasına, gündəlik döyüş həyatımıza görə şəxsən təşəkkür etdi”.
Briqada komandiri əlavə edib ki, Putinin tapşırıqları dünyanın istənilən nöqtəsində yerinə yetiriləcək.
Qeyd edək ki, aprelin 26-da V.Putin Rusiya hərbçilərini Kursk vilayətinin azad edilməsi münasibətilə təbrik edib.
Günay Rəsulqızı
Globalinfo.az