2025 04 27T065209Z 591593559 RC256EAMI4NX RTRMADP 3 INDIA KASHMIR ATTACK 1745805610

Sosial şəbəkələrdə Kəşmirdə baş vermiş terror aktına dair dəhşətli görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, görüntülərdə turistin ziplayn vasitəsilə əylənərək eniş etdiyi anlar əks olunub. Hadisədən xəbərsiz turist əyləncəsini videoya çəkərkən bilmədən hücum anını da görüntüləyib.

Görüntülərdə insanlara doğru atəş açılması, öldürülməsi və sağ qalanların dəhşət içində qaçaraq canlarını qurtarmağa çalışması əks olunub.

Qeyd edək ki, məhz bu hadisə Hindistan və Pakistan arasında gərginliyi pik həddə çatdırıb və iki ölkəni müharibəyə yaxınlaşdırıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: