Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla ilk fürsətdə üz-üzə danışacağını, Ankara və Vaşinqtonun görüşə hazırlaşdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Türkiyə prezidenti İtaliya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan Türkiyə və ABŞ arasında münasibətlərin dərin köklərinin olduğunu söyləyib:
“Trampla telefon danışığımız çox səmimi, məhsuldar və mehriban keçdi. İlk fürsətdə görüşəcəyik. Müzakirə edəcəyimiz çox sayda məsələ və edəcəyimiz işlər var. Bu səbəbdən iki ölkənin Xarici İşlər Nazirlikləri görüşümüz üçün hazırlığı davam etdirirlər. Bu görüş Türkiyə ilə Birləşmiş Ştatlar arasında münasibətlərin gedişatını da müəyyən edəcək”.
Ayşən Mustafa
Globalinfo.az














