1716297362 1565100774 isiq

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Globalinfo.az xəbər verir ki, küləklə müşahidə olunan leysan yağışına görə elektrik enerjisinin verilməsində fasilə yarandığı bildirilir. Artıq 3 saatdan çoxdur ki, Biləsuvar şəhərinin bəzi hissələri işıqsızdır.

Qeyd edək ki, hazırda rayon ərazisində sakit hava şəraiti müşahidə olunur.

Paylaş: