Screenshot 2025 03 30 235206

Günəşdə beş güclü alışma qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

İlk alışma gecə yarısından sonra qeydə alınıb.

“30 mart saat 00:38-də M1.4 sinifli rentgen partlayışı (S14E82) baş verib və 33 dəqiqə davam edib”, — institutun məlumatında deyilir.

Daha sonra ardıcıl daha dörd alışma (M1.4, M1.5, M1.6 və M1.9.) qeydə alınıb.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. A0.0 minimal sinif hesab olunur və hər növbəti sinifdə şüalanma 10 dəfə artır. Günəşdə alışmalar adətən plazma kütləsinin atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda isə maqnit qasırğalarına səbəb ola bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: