ordu

Böyük Britaniya Moskva ilə Kiyev arasında mümkün atəşkəsə nəzarət etmək üçün qoşun göndərməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti Britaniya hökumətindəki yüksək rütbəli mənbəyə istnadən yazıb.

Qeyd olunub ki, Moskva NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır.

“Bu, uzunmüddətli öhdəlik olacaq, biz illərdir danışırıq. Sülh sazişini nəzarətdə saxlamaq və Rusiyanı cilovlamaq lazımdır”, – qəzetin mənbəsi bildirib.

İlkin planlara görə, Ukrayna ərazisinə 10 minə yaxın sülhməramlı göndəriləcək:

“Bu, xeyli sayda qoşun yerləşdirən ölkələr və başqa yollarla töhfə verən daha böyük qrup ilə əhəmiyyətli bir qüvvə olacaq”.

Qeyd edək ki, Ukrayna hakimiyyəti potensial razılaşmalara əməl olunmasına effektiv nəzarət etmək üçün 100 min sülhməramlının göndərilməsini tələb edir. ABŞ Avropa qoşunlarının yerləşdirilməsində maraqlıdır, lakin təşəbbüsdə iştirakdan, eləcə də sülhməramlılara təhlükəsizlik zəmanəti verməkdən imtina edir.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: