ABŞ Prezidenti Donald Tramp Kit Kelloqu Ukrayna üzrə xüsusi nümayəndə təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial media hesabında paylaşım edib.
“General kit Kelloqu Ukrayna üzrə xüsusi nümayəndəm təyin etdiyimi böyük sevinc hissi ilə sizə bildirirəm. Kelloq birbaşa Zelenski və Ukrayna rəhbərliyi ilə işləyəcək. O, (Kelloq – red.) onları yaxşı tanıyır, yaxşı işgüzar münasibətləri var”, – Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl Kit Kelloq ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edirdi, lakin martın 11-də “Politico” nəşri onun danışıqlardфт kənarlaşdırıldığını və hətta Ciddə görüşündə iştirak etmədiyini də bildirmişdi.
Aysel Əliyeva
Globalinfo.az