67b3496aedad167b3496aedad2173980298667b3496aedacf67b3496aedad0

Fevralın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasına işgüzar səfər edib.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.

67b3480b6842d 67b34811b958a

67b348188e75c

Paylaş: