Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri, həmçinin hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, tərəflər regiondakı mövcud vəziyyətə və sülh prosesinin gedişinə diqqət yetiriblər.
***15:17
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.
Globalinfo.az xəbər verir ki, onu İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən qarşılayıb.
Məlumata görə, əvvəlcə, Paşinyan və Kobaxidze arasında ikitərəfli görüş keçiriləcək. Daha sonra geniştərkibli müzakirə aparılacaq. Həmçşinin Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
Qeyd edək ki, yanvarın 30-u Gürcüstanın xarici işlər naziri də Ermənistana səfər edib və erməni həmkarı ilə birlikdə mətbuat konfransı keçirib.
Əliyar Xəlil
Globalinfo.az