20180227 farm 1

“Azərbaycanda əksər ailələrdə istifadə olunan “Nimesil” bir çox Avropa ölkələrində qadağan olunub. Buna səbəb isə qaraciyərə vurduğu yüksək zərərlə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalist və videobloger Bahadur Seyidov deyib.

Onun sözlərinə görə, “Nimesil” hepatitə, qaraciyər çatışmazlığına və sirroza səbəb olur:

“2002-ci ildə İspaniyada, Finlandiyada, 2007-ci ildə İrlandiyada, Sinqapurda satışı dayandırılıb. Dərman 1985-ci ildə İtaliyada istehsal olunub. Buna baxmayaraq, İtaliya apteklərində “Nimesil”i yalnız həkim resepti ilə almaq mümkündür. Avropanın rəsmi sağlamlıq saytında da “Nimesil”ə yanaşma birmənalı deyil”.

Ətraflı videoda:

 

View this post on Instagram

 

A post shared by Globalinfo.az (@globalinfo_az)

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: