Livanın cənubundakı Əl-Xəyyam şəhərinə insanlar axın edirlər və öz evlərinə qayıdırlar.

Globalinfo.az xəbər verir ki, buna səbəb İsrail və HƏMAs arasında imzalanan atəşkəs razılaşmasıdır.

İndi livanlılar tədricən öz doğma torpaqlarına, xüsusən də cənub əyalətlərinə qayıtmağa başlayıblar.

Xatırladaq ki, İsrailin Livanı bombalaması nəticəsində  1,5 milyona yaxın vətəndaş qaçqın vəziyyətinə düşüb. Onların əksəriyyəti Livanın paytaxtında müvəqqəti sığınacaq tapıb.

Müharibə zamanı Livanın cənubundakı yaşayış məntəqələrinin mülki infrastrukturunun əhəmiyyətli bir hissəsi məhv edilib.

1 3 2 2 3 2 4 2 5 1 6 1

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: