Məhkəmə Donald Trampın ABŞ vətəndaşlığını məhdudlaşdıran sərəncamını müvəqqəti dayandırıb.
Globalinfo.az “CNN”ə istinadla xəbər verir ki, bu barədə Vaşinqtonun baş prokuroru Nik Braun məhkəməyə müraciət edib.
Nik Braun bu qanunu “konstitusiyaya zidd” adlandırıb. Məhkəmə onun iddiasını qəbul edib və qanunun icrası 14 gün müddətinə dayandırılıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günü bir sıra fərman imzalayıb, onlardan biri də Birləşmiş Ştatlarda doğulan hər uşağa vətəndaşlıq verilməsini qadağan edən sənəddir.
Əliyar Xəlil