Bayden qəsdən belə bir addım atdı – Medvedev

Bayden qəsdən belə bir addım atdı - Medvedev

“Rusiya ilə ABŞ arasında münasibətlərin tam normallaşması hazırda mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Co Bayden administrasiyası öz varislərinə Rusiya yolunda qəsdən çətin bir miras qoyub:

“Əvvəllər qəbul edilmiş qərarların nəticələri uzun müddət hiss olunacaq. Rusiya və ABŞ ünsiyyət qurmaqda çətinlik çəkəcək. Münasibətlərin tam normallaşması üçün uzun müddət tələb olunur. Hazırkı şəraitdə münasibətlərin qurulması prinsipial olaraq mümkün deyil”.

Safura Bənnayeva
Globalinfo.az