Qəzzada atəşkəs yerli vaxtla saat 13:15-də qüvvəyə minib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
***12:24
HƏMAS azad edilməsi nəzərdə tutulan girovların siyahısını İsrailə göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.
Hələ ki Təl-Əviv siyahını aldığını təsdiqləməyib.
***10:45
HƏMAS və İsrail arasında Qəzza zolağında bu gün səhər saatlarında qüvvəyə minməsi razılaşdırılan atəşkəs təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Atəşkəsin təxirə salınmasının səbəbi kimi HƏMAS-ın İsrailə azad edilməli olan girovların siyahısını verməməsi göstərilib.
“HƏMAS girovların adlarının siyahısını açıqlamayıb. Bu səbəbdən saat 08:30-da başlaması nəzərdə tutulan atəşkəs hələ reallaşmayıb”, – İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahunun bəyanatından sonra HƏMAS gecikmənin “texniki səbəblərlə” bağlı olduğunu açıqlayıb. Təşkilat atəşkəs razılaşmasının şərtlərinə sadiqliyini bir daha təsdiqləyib.
Safura Bənnayeva
Globalinfo.az