Dünya şöhrətli rejissor vəfat etdi

Dünya şöhrətli rejissor vəfat etdi

Dünya şöhrətli amerikalı rejissor və ssenarist Devid Linç vəfat edib.

Globalinfo.az xəbər verir ki, onun ölümü ilə bağlı ailəsi sosial şəbəkədə yazıb.

Rejissor, rəssam və musiqiçi olan D. Linçin 4 gün sonra 79 yaşı olacaqdı.

Linçin emfizem xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, o, “Oskar” mükafatına (2019), həmçinin Kann Film Festivalında Palma budağına və Venesiya Film Festivalında fəxri Qızıl Şirə layiq görülmüşdü.