5c14239e fa93 4bdd 92f1 cdef3cd1

İran Prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvaya gedəcək.

Globalinfo.az xəbər verir ki, məlumatı “Tehran Times” yayıb.

Onun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Tərəflərin Moskvada strateji tərəfdaşlıq barədə müqavilə imzalayacaqları bildirilib.

Qeyd edək ki, tərəflər müqavilənin bəndlərini açıqlamırlar. Bununla belə, müqavilənin müdafiə və təhlükəsizlik sahəsini də əhatə edəcəyi güman edilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: