Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanda olan müşahidəçi missiyasının burada qalma müddətinin daha iki il uzadılmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Bu təklifi İttifaqa üzv dövlətlər alqışlayıblar və hazırda Aİ Şurasının müvafiq orqanları ilə hüquqi aktları müzakirə edirlər”, – məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan bundan öncə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən birinin xarici qüvvələrin sərhəddən geri çəkilməsi olduğunu açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az