Britaniyanın “Eurofighter Typhoon” qırıcısı Türkiyənin Ankaradakı aviabazasına eniş edib.
Globalinfo.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Məlumatda Qətərdəki hərbi təlimdən qayıdan iki qırıcının Ankaraya eniş etdiyi vurğulanıb.
Qeyd edək ki, “Eurofighter Typhoon” təyyarələri Britaniya, Almaniya, İtaliya və İspaniya tərəfindən istehsal edilir. Türkiyə bu təyyarələri almaq istəsə də, Almaniya mane olub.
Əliyar Xəlil
Globalinfo.az