ibrahim kalin in giydigi ayakkabinin fiyati 18160313 4322 amp

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının Suriyaya səfəri zamanı geyindiyi ayaqqabı müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Dəməşqdə yerləşən Əməvi məscidində namaz qılan Kalının ayaqqabıları Türkiyə ictimaiyyətinin diqqətini çəkib.

Səfərdən yayılan fotolarda onun geyindiyi idman üslubundakı ayaqqabının yerli istehsal olduğu üzə çıxıb. Qeyd edilib ki, ayaqqabının qiyməti 3700 lirədir (təxminən 180 manat).

Ölkənin kəşfiyyat xidməti rəhbərinin bütün dünyanın diqqətlə izlədiyi səfərdə yerli istehsal olan və baha hesab edilməyən ayaqqabı geyinməsi təqdir edilib.

ibrahim kalin in giydigi ayakkabinin fiyati 18160312 9930 m
Əliyar Xəlil
Globalinfo.az

Paylaş: