6622016a55617d0f99a46544

İsrail ordusunun İrana potensial hücuma hazırlığını əks etdirən son peyk görüntülərinin və məxfi sənədlərin sızması ABŞ-ın ciddi narahatlığına səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, iki sənəd ABŞ peykləri tərəfindən toplanan şəkillərin və məlumatların təhlilinə cavabdehlik daşıyan kəşfiyyat agentliyi tərəfindən hazırlanıb.

Peyk görüntülərinin şərhini əks etdirən sənədlər İsrailin yaxın günlərdə İrana mümkün hücumu barədə məlumat verir. Sənədlərdən birində İsrail Hərbi Hava Qüvvələrinin İrana zərbə vurmağa hazırlaşdığı əksini tapıb və belə bir zərbənin reallaşacağına sübut kimi son təlimlərin elemetləri təsvir olunub. İkinci sənəddə İranın cavabı olacağı təqdirdə İsrailin raket və silah yerləşdirmələrini necə dəyişəcəyi haqda təfərrüatlar yer alıb.

Rəsmilərin fikrincə, müttəfiqin hərbi planlarının sızması ciddi problemdir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: