Rusiya lideri Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, tərəflər ilk növbədə Rusiya-İran münasibətlərini müzakirə mövzusuna çevirəcəklər.
Peskovun sözlərinə görə, Moskva və Tehranın müxtəlif sahələrdə çox sıx əlaqələri var.
“Yaxın Şərqdəki vəziyyəti gözardı etmək olmaz. Bu da gündəmdə olacaq”, – deyə Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az