Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın prezidentliyə namizədi Kamala Harrisin Putinlə bağlı açıqlamalarını “qəbuledilməz” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Səfirlik kobudluğun amerikalı siyasətçilərin vərdişinə çevrildiyini qeyd edib:
“Rusiya Federasiyası ilə münasibət qurmaq və ona “strateji məğlubiyyət” yaşatmaq mümkün olmadığına görə onların nitq aparatları qəzəb və təhqiramiz ritorikaya yol açır”, – diplomatik missiyanın bəyanatında deyilir.
Qeyd edək ki, Kamala Harris Respublikaçı rəqibi Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyətdə olduğuna görə tənqid edib. Bundan başqa, Harris Rusiya prezidentini “qatil diktator” adlandırıb.
Zaira Akifqızı
Globalinfo.az