putin esgerler

Rusiyada yeni büdcə layihəsinin təhlilinə əsasən, Müdafiə Nazirliyi növbəti üç il ərzində müqaviləli xidmət üçün ən azı 225 min yeni əsgər cəlb etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiya KİV çıxış edib.

Məlumata görə, yeni əsgərlərə hərbi idarə ilə müqavilənin imzalanması müqabilində ödəniş üçün ümumilikdə 90 milyard rubl ayrılıb.

Müqavilə üçün birdəfəlik ödəniş hazırda 400 min rubl təşkil edir. Bu, Rusiya Prezidenti Vladimir Putinin 31 iyul 2024-cü il tarixli fərmanı ilə artırılmış məbləğdir.

Bir müqavilə üçün hazırkı ödəniş məbləği dəyişməz qalarsa,  ayrılan 90 milyard rubl üç il ərzində 225 min yeni müqaviləli əsgəri işə götürməyə imkan verəcək.

Paylaş: