Putin gözlənilmədən dedi ki, qəlbini qırmaq istəmirəm, amma… – Etiraf

Putin gözlənilmədən dedi ki, qəlbini qırmaq istəmirəm, amma... - Etiraf 

Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücum fikrindən daşındırmağa çalışıb.

Globalinfo.az xəbər verir ki, bu məlumat Boris Consonun “The Times” qəzetində hissə-hissə veriləcək memuarlarında yer alıb.

Conson yazır ki, Putin o zaman NATO raketlərinin Moskvaya atılacağından qorxub. Onun sözlərinə görə, Ukraynaya heç kim NATO raketləri verməyi planlaşdırmırdı, amma Putin inanırdı ki, bu elə də uzun zaman almayacaq və bir gün raketlər Ukraynadan Rusiyaya atılacaq:

“Birdən o gözlənilmədən zarafatcasına Rusiya ilə NATO arasında nüvə silahlarının “ehtiyatsızlıqdan mübadiləsi”nə eyham vurdu. Dedi ki, “Boris, qəlbini qırmaq istəmirəm, amma rəsmi şəkildə təkzib olunmayana qədər Moskvadan deyilən heç nəyə inanma”.

Qeyd edək ki, B.Conson Ukraynanın ən sərt tərəfdarlarından hesab edilir. Onun hakimiyyəti dönəmində Britaniya Kiyevə ən çox silah verən ölkə olub.

Əliyar Xəlil
Globalinfo.az