“Türkiyə Ermənistan hakimiyyətini inandırıb ki, iki ölkə arasındakı problemin həlli beynəlxalq məhkəmələrdə axtarılmamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Ara Saakyan deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışı bunu sübut edir.
Saakyan bildirib ki, İrəvan artıq taleyinin Türkiyənin əlində olmasına razılaşıb:
“O, faktiki olaraq dünyaya göstərdi ki, Ermənistanın regional məsələlərin həllində əsas tərəfdaşı Türkiyədir və digər oyunçuların müdaxiləsinə ehtiyac yoxdur. Bu, sadəcə çox güclü qarşılıqsız sevgidir və onun nəticəsi yalnız intihar ola bilər. Paşinyanın addımı dövlətin sonunu gətirəcək”.
Əliyar Xəlil
Globalinfo.az