“Ermənistan-Fransa əlaqələrinin inkişaf dinamikası məlumdur. Ermənistanın hərbiləşdirilməsi, sülh prosesinin uzadılması və Azərbaycanın beynəlxalq nüfuzunun hədəf alınması istiqamətində yalan və qərəz əsaslı təbliğatın intensivləşdirilməsi ikitərəfli münasibətlərin aydın təsviri ola bilər”.
Aytən Qurbanova
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfərini şərh edərkən deyib:
O bildirib ki, belə olduğu halda Ermənistan baş nazirinin Fransaya səfərinin region üçün heç də yaxşı nəticələr vəd etmədiyini açıq şəkildə ifadə edə bilərik:
“Beynəlxalq Frankafoniya Təşkilatının növbəti sammitində iştirak və ikitərəfli görüşlər çərçivəsində Paşinyanın əsas hədəfi daha çox dəstək qazanıb sürətli hərbiləşmə planının icrasına nail olmaqdır.
O da istisna edilməməlidir ki, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması ilə bağlı məsələdə direktivlər birbaşa rəsmi Parisdən alındığı üçün bu səfəri həm də Paşinyanın “hesabat səfəri” də adlandırıla bilər”.
Turan Rzayev
Globalinfo.az