“Rusiyalılar Putini dəstəklədiklərinə görə tövbə edəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu “Skay nyus”a müsahibəsində “Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyev deyib.
“Hesab edirəm ki, biz Putinə arxasından zərbə vurana qədər başqa heç nə barədə düşünməməliyik. Mən Ukrayna ordusunda gücüm və sağlığım imkan verənə qədər xidmət edəcəyəm”, – o bildirib.
Qeyd edək ki, 53 yaşlı İqor Volobuyev müharibə başladıqdan az sonra Ukrayna ordusuna qoşulub. O bundan sonra Rusiya vətəndaşlığından imtina edərək, Ukrayna vətəndaşlığı alıb. Bu il Baxmut uğrunda gedən döyüşlərdə yaralanan Volobuyev az sonra yenidən ön cəbhəyə qayıdıb.
Əliyar Xəlil
Globalinfo.az