d34d8ac5 45fb 46c6 9dad 1d16cd47f9b6

“NATO ölkələri qoşunlarını Ukraynaya göndərmək istiqamətində işləyirlər. Məqsəd Moskvanı Kiyevin şərtləri ilə sülh danışıqlarına məcbur etməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin deyib.

“Kiyevə hərtərəfli hərbi yardım göstərilir. Rusiyanı danışıqlara məcbur etmək üçün NATO ölkələri qoşunlarını Ukraynaya göndərmək planları qururlar. Bu, təhlükəli oyundur və birbaşa nüvə güclərinin hərbi toqquşmasına gətirib çıxara bilər”, – o bildirib.

A.Fomin həmçinin bu fonda Vaşinqtonun yeni nüvə doktrinası üzərində aktiv işlədiyini deyib. Nazir müavini bununla ABŞ-ın nüvə silahının tətbiqi ilə bağlı məhdudiyyətləri əhəmiyyətli dərəcədə azaldacağını söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: