“ABŞ Ukraynanın qələbəyə çatmasında tam qətiyyətlidir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Əslində, siz Rusiya Prezidenti Vladimir Putinin hədəfinin nə olduğuna baxsanız, görərsiniz ki, o, artıq uğursuzluğa düçar olub. Çünki biz Putinin yeganə məqsədinin Ukraynanı xəritədən silmək və suveren ölkəni Rusiyanın tərkibinə qatıb, imperiyanı yenidən dirçəltmək olduğunu bilirdik. Bu olmadı və olmayacaq”, – Blinken bildirib.
O, Rusiyanın dəyişməsi üçün məğlubiyyətə uğramalı olduğunu söyləyib:
“Yaxşı xəbər odur ki, Moskva həmişə müharibəni uduzanda reformlarla üzləşir. Ona görə də Rusiya bu müharibəni Ukrayna və İkinci Dünya Müharibəsindən sonra formalaşan tabu, həmçinin öz gələcəyi üçün uduzmalıdır”.
Əliyar Xəlil
Globalinfo.az