Mumbay-Münhen reysi üzrə hərəkət edən təyyarə bomba həyəcanına görə, Ərzurumda məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, hazırda türkiyəli istehkamçılar Hindistan aviaşirkətinə məxsus təyyarəyə baxış keçirirlər.
Türkiyənin “TRT” telekanalının məlumatına görə, təyyarənin yerə məcburi eniş etməsinə səbəb laynerə bomba qoyulması ilə bağlı xəbər olub.
Mumbay-Münhen reysinin göyərtəsində 247 sərnişinin olduğu bildirilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














