pasinyan putin 1421

Ermənistan Baş naziri Nikol Paşinyan uzun aradan sonra Rusiyaya gedəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

O, Ermənistanın oktyabrın 22-24-ü aralağında Kazanda baş tutacaq BRİKS sammitində iştirak edəcəyini bildirib. Paşinyanın həmçinin MDB liderləri arasında planlaşdırılan qeyri-rəsmi sammitdə də iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, BRİKS sammitinə Rusiya Azərbaycan lideri İlham Əliyevi də dəvət etdiyini açıqlayıb.

Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi ilə əlaqədar MDB ölkələrinin Moskvada qeyri-rəsmi sammitinin keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: