“Putin Paşinyana ona görə dözür ki, bütün hərəkətlərini qabaqcadan oxuya bilir”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
“Paşinyanın komandasının hücumları dişsizdir. Putin bu hücumları gözləyir. O, Putin üçün oxuna bilən siyasətçidir. Rusiya lideri bilir ki, o, hara qədər gedə bilər və buna görə də onunla oynayır.
Kreml rəhbəri yaxşı başa düşür ki, qorxu Paşinyana Putini qəzəbləndirəcək addımlar atmağa izin verməyəcək. Nikol Putin üçün yox, Rusiya üçün sərfəlidir. Moskva üçün Paşinyanın bütün addımları öncədən aydındır”, – o bildirib.