ABŞ yaxın zamanlarda Ukraynaya özünün F-16 qırıcılarını verməyi planlaşdırmır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Frensk Kendal deyib. O bildirib ki, Ukraynanın bununla bağlı ehtiyacları NATO-ya üzv Danimarka və Niderland tərəfindən qarşılanacaq:
“ABŞ tərəfdaşları ilə birgə ukraynalı pilotlarının təliminə kömək edir. Gələn təlim sahəsində əhəmiyyətli inkişaf əldə olunacaq”.
Qeyd edək ki, Ukrayna 2022-ci ilin martından bu yana F-16-ların verilməsini Qərb ölkələrindən xahiş edir. Bununla belə hələ indi Niderland və Danimarka F-16-ların Ukraynaya göndəriləcəyini deyib. Lakin bu yardım da məhdud çərçivədə olacaq. Xüsusilə ABŞ F-16-ların Kiyevə verilməsini istəmir. Ukrayna isə F-16-lara səmada üstünlük qazanmaq üçün ehtiyacı olduğunu deyir.
Əliyar Xəlil
Globalinfo.az














