Rusiya Erməniləri İttifaqı Prezident Vladimir Putinə müraciət edib.
Globalinfo.az xəbər verir ki, onlar Putindən İlham Əliyevlə görüşü zamanı Azərbaycanda saxlanan Qarabağ separatçılarının azad edilməsi məsələsini qaldırmasını istəyiblər. Ermənilər adına məktubu ittifaqın rəhbəri Ara Abramyan yazıb.
Qeyd edək ki, separatçı-terrorçu rejimin cani liderləri Azərbaycanda həbsdədirlər. Onlar sırasında Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, David Manukyan və Levon Mnatsakanyan var. Onlar Azərbaycanın Qarabağda 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatından sonra saxlanılıblar.
Xatırladaq ki, ermənilər rəsmi Moskvadan separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın azad edilməsinə köməklik göstərməsini istəsə də, Kreml Rubenin Rusiya vətəndaşı olmadığını diqqətə çatdırmışdı.
Əliyar Xəlil
Globalinfo.az