
Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Globalinfo.az-a bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən biri sürücü N.Quliyevin 13 yaşlı qızı, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır.
Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü N.Quliyevin digər qızı isə səhər saatlarında xəstəxanada vəfat edib.














