Rusiya Rumıniya ərazisinə zərbə endirib? – Açıqlama

Rusiya Rumıniya ərazisinə zərbə endirib? - Açıqlama

Rumıniya ərazisinə PUA hissələrinin düşməsi ilə bağlı məlumatlardan sonra Rusiyanın bu ölkəyə məqsədli şəkildə zərbə endirdiyini düşünmürük.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə NATO nümayəndəsi Fərəh Dahlalla deyib.

“NATO Rusiyanın alyans ərazisinə qəsdən hücum əlaməti görmür” – deyə alyans rəsmisi bildirib.

O bildirib ki, NATO son günlərdə hava patrullarının sayını artırmaqla hava məkanındakı vəziyyətə nəzarəti artırıb.

Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi ölkənin şimal-şərqindəki Tulça qraflığında, Ukrayna ilə sərhəd yaxınlığında düşmüş PUA qalıqlarının axtarışının aparıldığını açıqlamışdı.