l 0x86wh 2048x1194z 03838

Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarkis Xandanyan Yunanıstan səfiri Xristos Sofianopulos ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Xandanyan Ermənistan və Yunanıstan parlament münasibətlərində istifadə olunmamış böyük potensial olduğunu deyib.

Öz növbəsində Xristos Sofianopulos görüşə görə minnətdarlığını bildirərək, Ermənistan-Yunanıstan münasibətlərinin dostluq, qarşılıqlı dəstək və ümumi dəyərlər üzərində qurulduğunu vurğulayıb.

Tərəflər Ermənistanın “Dünyanın kəsişməsi” layihəsini, regionda baş verən prosesləri, təhlükəsizlik çağırışlarını, Ermənistan-Türkiyə münasibətlərini və Ermənistan-Aİ tərəfdaşlığını müzakirə ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: