000 34WP4WF

Putin Ukrayna ilə münaqişənin tamamilə dayandırılmasının tərəfdarı olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Rusiya lideri müharibəni dayandırmaaq üçün şərt irəli sürüb.

Putin Ukrayna qoşunlarının Donbass və Novorossiyadan tam çıxarılmasının münaqişənin dayandırılmasının şərtlərindən biri olduğunu deyib.

“Kiyev atəşkəs ideyasına imkan vermir. Çünki bu halda hərbi vəziyyət rejiminin uzadılması üçün bəhanə aradan qalxır. Ukrayna hərbi vəziyyətə son qoysa, onlar prezident seçkiləri keçirməli olacaqlar. Hazırkı Ukrayna hakimiyyətinin qalib gəlmək şansları isə sıfıra yaxındır. Rusiya görür ki, Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil”, – Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: