Ramzan Kadırov oğlunu nazir təyin etdi

Ramzan Kadırov oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Axmat Kadırov bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ramzan Kadırov özü Teleqram kanalında məlumat verib.

“Axmat Kadırov Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib. Əvvəllər bu vəzifəni tutan İsa İbrahimov Çeçenistan Respublikasının Baş və Hökuməti Administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, – deyə siyasətçi yazıb.